Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İş işdir, şəxsi həyat isə özəldir” - FOTO

"İş işdir, şəxsi həyat isə özəldir” - FOTO

Date: 8 December 2015 14:05

Müğənni-bəstəkar Murad Arif bundan sonra heç bir həmkarına mahnı satmayacaq. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı qazancından bəhs edib:

"Mənim əsas gəlirim heç vaxt bəstəkarlığım olmayıb. Bəstələrimi ucuz satmırdım, hədiyyə də etmirdim. Mənim gəlirim aparıcılıqdan və oxumaqdandır. Əsas biznesim elə musiqimdir. Bu yaxınlarda Natavan Həbibiyə və Xəyyam Nisanova mahnı vermişəm. Onlar hazır olandan sonra bu işə son qoyacam. Artıq bəstələrimi heç kimə verməyəcəm. İldə 4-5 mahnı ərsəyə gətirirəm, onları da özüm oxuyacam. Əgər görsəm ki, gəlirim azalıb, yenidən mahnılar yazıb satacam".

Şəxsi həyatı ilə gündəmə gəlməyi sevmədiyini deyən M.Arif Yeni ili ailəsi ilə Avropada qarşılayacaq:

"Yeni ildə heç bir iş qəbul etməmişəm. Ailəmlə birlikdə Avropaya gedib, bayramı orada keçirəcəm. İnsanlar həmişə sosial şəbəkədə yazırlar ki, "Murad Arifin xanımını heç yerdə görmürük". Tədbirlərə hər zaman bacımla gedirəm. Əsas odur ki, bazarlığa, qonaqlığa, gəzməyə gedəndə xanımım yanımda olur, qonşular bizi bir yerdə görürlər. Təqdimatlarda onunla görünmək nəyə lazımdır ki? İş işdir, şəxsi həyat isə özəldir".

Milli.Az






Tags:  işdir şəxsi həyat isə özəldir FOTO


RƏYLƏR


Top news