Nardaranda əməliyyatlar davam edir

Nardaranda əməliyyatlar davam edir
14:06 8 Dekabr 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nardaran qəsəbəsində əməliyyatlar hələ də davam edir.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ANS PRESS-ə açıqlamasında bildirib ki, evlərdə axtarışlar aparılsada qəsəbədə ümumi sakitlik hökm sürür.

“Qəsəbədəki evlərdə arabir axtarışlar aparılır. Bir neçəsini mən özüm də görmüşəm. Evlərdəki axtarışlar zamanı bəzi şəxsləri saxlayıblar. Kəndə əməliyyatların aparılmasına etiraz etmirik, amma söküb - dağıtmadan aparsalar yaxşı olar”.

O sorğu-sualdan sonra saxlanılan şəxslərin buraxılacağına ümid etdiyini deyib. "Çünki onlar müqavimət göstərən insanlar deyillər”.


Natiq Kərimov - Nardaran ağsaqqalı

Ağsaqqal qəsəbənin sosial vəziyyətindən də danışıb. O, deyib ki, ictimai nəqliyyatın qəsəbənin içərisində hərəkəti təmin edilib. Belə ki, avtobus iki postdan keçir. Sonuncu postun qarşısından daş sədlər düüldüyü üçün o tam hərəkət edə bilmir.
"Qəsəbə sakinləri avtobusla gətirdikləri hər hansı ağır yükü əlləri və ya avtomobillərlə daşıyırlar".

Hazırda elektrik enerjisi və qazın verilişi ilə bağlı da işlər aparılır. "Problem bir-iki günə həll olunmalıdır".



Kənddə olan polislər


Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə silahlı dəstənin 4 üzvü məhv edilib. 2 polis əməkdaşı qəhrəmancasına həlak olub.

Əməliyyat nəticəsində silahlı dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Nardaranda son vəziyyət

Nardaranın işıqsız qalmasının səbəbi - RƏSMİ

Nardaranda polislər üçün çadırlar quruldu

Nardaranda atışma olub, 4 ölü (YENİLƏNİR I, VİDEO, FOTO)


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR