Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yerli texnoparkda Türkiyə şirkətinin Tədqiqat Mərkəzi fəaliyyətə başlayacaq

Yerli texnoparkda  Türkiyə şirkətinin Tədqiqat Mərkəzi fəaliyyətə başlayacaq

Tarix: 8 Dekabr 2015 14:06

Qafqaz Universiteti Texnoparkında (“QUTechnopark”) “KoçSistem Azərbaycan” MMC Tədqiqat Mərkəzi fəaliyyətə başlayacaq.
 
 
Bu barədə məlumat verən Qafqaz Universiteti Texnoparkının direktoru, dos. İsa Qasımovun sözlərinə görə, Türkiyənin ən köklü və lider, yerli investisiyalı informasiya texnologiyaları şirkəti olan “KoçSistem” bu il oktyabrın 1-dən etibarən “QUTechnopark”ın rezidenti kimi fəaliyyət göstərir.
 
Texnoparkın rezidentlər üçün qoyduğu şərtlərə gəlincə, buraya ilk növbədə innovasiya əsaslı elmi araşdrıma işləri olan şirkətlər dəvət edilir.
 
 
 
Qeyd edək ki, “QUTechnopark”ın missiyası elmi tədqiqatların tətbiqi ilə yüksək texnoloji əhəmiyyətli məhsulların istehsalı, Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına dəstək verilməsi, iş dünyası ilə universitetin professor-müəllim və tələbə heyəti arasında əlaqələrin inkişaf etdirilməsi, dünyada sürətlə inkişaf edən yüksək texnoloji yeniliklərin mənimsənilməsi və istehsalında iştirak etməkdir.
 
 
 
Həqiqət İSABALAYEVA


Teqlər:  Yerli texnoparkda Türkiyə şirkətinin Tədqiqat Mərkəzi fəaliyyətə başlayacaq



RƏYLƏR


Top xəbərlər