Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın mobil telefon və sosial şəbəkə istifadəçilərinə yeni viruslarla bağlı xəbərdarlıq edilib

Azərbaycanın mobil telefon və sosial şəbəkə istifadəçilərinə yeni viruslarla bağlı xəbərdarlıq edilib

Date: 8 December 2015 14:11

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi Azərbaycanın mobil telefon və sosial şəbəkə istifadəçilərinə yeni yayılmaqda olan viruslarla bağlı xəbərdarlıq edib.
 
 “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, qurum “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğulardan istifadə edən vətəndaşları son dərəcə ehtiyatlı olmağa çağırıb.
 
Mərkəzdən bildirilib ki, “Lookout” antivirus şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemində çalışan qurğulara hücum edən yeni troyanı aşkar ediblər.
 
Troyan ekrana icazəsiz bildiriş verən, reklam proqram təminatı ailəsinə aid edilir. Yeni troyanla bağlı problem ondan ibarətdir ki, onu sadə istifadəçinin ləğv etməsi mümkünsüzdür. Zərərverici yükləndikdən dərhal sonra “root” hüquqa malik olur və sistem tətbiqetməsi kimi işə başlayır.
 
 
“Lookout” ekspertlərinin sözlərinə görə, bu problemlə üzləşən istifadəçilər hətta smartfonu zavod kökləmələrinə sıfırlasalar belə, silmə əməliyyatını həyata keçirmək mümkün olmayacaq.
 
Belə ki, onlar ya mütəxəssislərə müraciət etməli, ya da yeni qurğu almalıdırlar. “Lookout”un əməkdaşları troyanın “Candy Crush”, “Facebook”, “GoogleNow”, “NYTimes”, “Okta”, “Snapchat”, “Twitter”, “WhatsApp” kimi məşhur tətbiqetmələrdə maskalanmış 20 000 nüsxəsini aşkar ediblər.
 
 
Seymur Qasımbəyli


Tags:  Azərbaycanın mobil telefon sosial şəbəkə istifadəçilərinə yeni viruslarla bağlı xəbərdarlıq edilib


RƏYLƏR


Top news