Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı alim yenidən İqtisadi Əməkdaşlıq Təşkilatının "İqtisadiyyat" jurnalının baş redaktoru seçilib

Azərbaycanlı alim yenidən İqtisadi Əməkdaşlıq Təşkilatının "İqtisadiyyat" jurnalının baş redaktoru seçilib

Milli Məclisin komitələrindən birinə yeni üzv seçilib (07 Mart 2017 13:07)
"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının daha da inkişaf etməsi üçün çox işlər görür" (04 Mart 2017 13:05)
ECO-da Qarabağ münaqişəsinin yaratdığı əngəllər müzakirə edildi (02 Mart 2017 16:19)

Tarix: 8 Dekabr 2015 14:13


Bakı, 8 dekabr, AZƏRTAC
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev yenidən İqtisadi Əməkdaşlıq Təşkilatının "İqtisadiyyat" jurnalının baş redaktoru seçilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və şöbə müdiri Aynurə İsmayılova Ankarada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 4-cü və qurumun "İqtisadiyyat" jurnalının redaksiya heyətinin 3-cü iclasında iştirak ediblər. Tədbirlər Türkiyənin İnkişaf Nazirliyinin və İƏT-in birgə təşkilatçılığı ilə baş tutub.
Qazaxıstan, Əfqanıstan, Pakistan, İran, Qırğızıstan və Türkiyədən nümayəndələrin də qatıldığı iclaslarda ötən dövrün hesabatları və görülmüş işlərə dair məruzələr dinlənilib, bir sıra təklif və tövsiyələr verilib. Yekun hesabat dinlənildikdən sonra iştirakçıların müvafiq əlavə və dəyişiklikləri ilə qəbul edilib. İclasda, həmçinin "İqtisadiyyat" jurnalının baş redaktoru Vilayət Vəliyev yenidən növbəti dövr üçün jurnala baş redaktor seçilib.

Teqlər:  Azərbaycanlı alim yenidən İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadiyyat jurnalının baş redaktoru seçilib



RƏYLƏR


Top xəbərlər