Rəssamlar İttifaqında “Yaradıcı Qadınlar Assosiasiyası Yeni ildə” adlı sərgi açılıb

Rəssamlar İttifaqında “Yaradıcı Qadınlar Assosiasiyası Yeni ildə” adlı sərgi açılıb
14:13 8 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Yaradıcı Qadınlar Assosiasiyası Yeni ildə” adlı sərgi açılıb. Sərgi Azərbaycan Rəssamlar İttifaqı və Yaradıcı Qadınlar Assosiasiyasının (YQA) birgə təşkilatçılığı ilə reallaşıb.
Rəssamlar İttifaqından AZƏRTAC-a bildirilib ki, sərgidə assosiasiyanın 40-dək üzvinin 150-dən çox sənət əsəri nümayiş olunur.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Xalq Rəssamı sərginin AQA-nın 16-cı ildönümü münasibətilə təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, sərgiyə təqdim edilən sənət əsərlərində təbiət, mənzərə, güllər, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.
YQA-nın sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Afaq Hüseynova qeyd edib ki, sərgidə rəngkarlıq, yağlı boya, akvarel, qrafika və dekorativ tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər və heykəltəraşlıq sənətinə aid əsərlər nümayiş olunur. Bununla yanaşı, o, əlavə edib ki, sərgidəki rəsmlərdə qadın gözəlliyi və xoşbəxtliyi, gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlığın ifadə olunduğu məqamlar da öz əksini tapıb.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ressamlar_Ittifaqinda_Yaradici_Qadinlar_Assosiasiyasi_Yeni_ilde_adli_sergi_achilib-909282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR