Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Salyanda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Salyanda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

8 nəfər öldü, 60 nəfər xəstəxanaya yerləşdirildi - BAYRAM GÜNLƏRİNDƏ (23 Mart 2017 12:03)
8 nəfər öldü, 60 nəfər xəstəxanaya yerləşdirildi - BAYRAM GÜNLƏRİNDƏ (23 Mart 2017 11:37)
8 nəfər öldü, 60 nəfər xəstəxanaya yerləşdirildi - BAYRAM GÜNLƏRİNDƏ (23 Mart 2017 11:04)

Tarix: 8 Dekabr 2015 14:17

Bakı. 8 dekabr. REPORT. AZ / Salyan rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 51-ci kilometrliyində rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Salyanın Noxudlu kənd sakini, 24 yaşlı Tərlan Nəbi oğlu Məmmədov idarə etdiyi "Vaz-2107" markalı avtomobillə hərəkətdə olarkən digər "Vaz-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində Tərlan Məmmədov və digər "Vaz-2107" markalı avtomobildə olan Salyan sakinləri, 52 yaşlı Samid Səməd oğlu Həsənov və onun 14 yaşlı oğlu Rəsul Samid oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

Teqlər:  Salyanda üç nəfərin xəsarət alması nəticələnən yol qəzası baş verib



RƏYLƏR


Top xəbərlər