Yeniyetmə və gənclərin yaradıcılıq festivalı çərçivəsində rəsm sərgisi açılıb

14:18 8 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə dekabrın 8-də Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən “Abşeron” Rəsm Qalereyasında yeniyetmə və gənclərin yaradıcılıq festivalı çərçivəsində rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Abşeron” Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Əməkdar İncəsənət Xadimi Ziyad Əliyev və başqaları çıxış edərək Beynəlxalq İnsan Hüquqları Gününün və festivalın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, sərgidə yeniyetmə və gənclərin insan hüquqları və azadlıqlarına dair düşüncələrini əks etdirən 30-dək rəsm əsəri nümayiş etdirilir. Çıxışlarda ölkəmizdə yeniyetmə və gənclərin, uşaqların yaradıcılığının sosial yönümlü layihələrə istiqamətləndirilməsi üçün belə sərgilərin mühüm rol oynadığı bildirilib.
Yaradıcılıq festivalının qalibləri Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək mərasimdə mükafatlandırılacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeniyetme_ve_genclerin_yaradiciliq_festivali_cherchivesinde_resm_sergisi_achilib-909288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR