Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gürcüstan Prezidenti Saakaşvilini niyə vətəndaşlıqdan məhrum etdiyini açıqlayıb

Gürcüstan Prezidenti Saakaşvilini niyə vətəndaşlıqdan məhrum etdiyini açıqlayıb

İlham Əliyev Giorgi Marqvelaşvili ilə görüşdü (16 Mart 2017 16:23)
İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb (16 Mart 2017 16:22)
Prezident İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşdü (16 Mart 2017 16:14)

Tarix: 8 Dekabr 2015 14:22

Bakı. 8 dekabr. REPORT.AZ/ Gürcüstan Prezidenti Georgi Marqvelaşvili sabiq dövlət başçısı Mixail Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum etməsinin izahını verib. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ölkə başçısı Konstitusiyaya uyğun hərəkət etdiyini bildirib.
Qanuna görə, başqa dövlətin vətəndaşlığını almaq Gürcüstan vətəndaşlığından məhrumiyyət üçün mütləq əsasdır. Saakaşvili isə 2015-ci ilin iyulunda Ukrayna vətəndaşı olub.
"Siyasi manevr üçün Konstitusiyanı poza bilmərəm. Mən bu ölkənin qanunlarına əməl edirəm", - Marqvelaşvili "Kafkazia" telekanalının efirində bildirib.
Gürcüstan prezidenti, həmçinin başqa ölkənin vətəndaşlığını qəbul etdiyinə görə, Saakaşvilini tənqid edib: "İki dəfə Gürcüstan prezidenti olmusansa, iki dəfə bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı olmusansa, bu ölkənin adına Gürcüstan bayrağını daşımısansa, bu ölkənin vətəndaşlığına hörmət etməyə məcbur idin".
Xatırladaq ki, Saakaşvilinin Gürcüstan vətəndaşlığından çıxarılması haqqında sərəncam dekabrın 4-də verilib.

Teqlər:  Gürcüstan Prezidenti Saakaşvilini niyə vətəndaşlıqdan məhrum etdiyini açıqlayıb



RƏYLƏR


Top xəbərlər