UEFA: "Qarabağ üçün cüzi şans"

UEFA: "Qarabağ üçün cüzi şans"
14:37 8 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin son turu ərəfəsində 1/16 final şanslarını dəyərləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, dəyərləndirmə aparılan komandaların arasında "Qarabağ" da yer alıb.
 
3 xalla qrup sonuncusu olmasına baxmayaraq, nəzəri şanslara malik Ağdam təmsilçisinin J qrupundan necə çıxa biləcəyini xatırladıb: "Qrupda sonuncu olan "Qarabağ"ın cəmi 1 qələbəsi var. Lakin onların da 1/16 final şansı qalıb. Bunun üçün onlar "Anderlext"i məğlub etməli və "Monako"nun "Tottenhem"ə qalib gəlməməsini arzulamalıdırlar".
 
"Qarabağ" üçün cüzi şans" kimi dəyərləndirilən hissədə Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun qısa fikirləri də yer alıb: "Mərhələ keçmək şansımız qalıb. Lakin düzünü desəm, bu çox kiçik şansdır. Bunun gerçəkləşməsi çox çətin olacaq. Biz bu səviyyədə kifayət qədər təcrübəyə də malik deyilik".
 
 Xatırladaq ki,"Anderlext" - "Qarabağ" və "Tottenhem" - "Monako" qarşılaşmaları dekabrın 10-da keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR