Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həlak olan, xəsarət alan neftçilərə ödəniləcək kompensasiyanın həcmi açıqlanıb

Date: 8 December 2015 14:37

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əməkhaqqı 600-650 manat olan, dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək.
O qeyd edib ki, bu rəqəm neftçinin əmək haqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər. Bütün bunlar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunla tənzimlənir.
Nazir əlavə edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq.

Tags:  Həlak olan xəsarət alan neftçilərə ödəniləcək kompensasiyanın həcmi açıqlanıb

RƏYLƏR


Top news