Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

10-cu platformada ölən iki neftçi dəfn edildi (FOTO)

10-cu platformada ölən iki neftçi dəfn edildi (FOTO)

Date: 8 December 2015 14:46

“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu bu gün dəfn olunublar. Onlar Quba və Xaçmaz rayaonlarında torpağa tapşırılıblar.

Xaçmazda Ağa Mahmudovla vidalaşmağa bütün kənd sakinləri, qohumları, rayon ictimaiyyəti, İcra Hahimiyyəti rəhbərliyi və iş yoldaşları gəliblər. Mərasimdə hər kəs 48 yaşlı Ağanın həyatdan vaxtsız getməsinə göz yaşı axıdıb.




Onun çalışdığı Komleks Qazma işləri Trestinin müdir müavini İsmayil Qurbanov başçısını itirmiş bu ailəyə hər cür mənəvi və maddi dəstək olacaqlarını deyib.
"Bu ailəyə bizim trest tərəfindən yardım olunub. Bundan sonra da yardımlar ediləcək. Bütün müavinətlər, sığorta xərcləri ödəniləcək".
Dəfn mərasimində iştirak edən Xaçmazın İcra başçısı Şəmsəddin Xanbabayev ANS-ə açıqlamasında faciəı qurbanlarının ailələrinə yardım ediləcəyini deyib.

Mərhum A.Mahmudovun 14 və 17 yaşlarında iki oğul övlad atası olub. Onun böyük oğlu Vasif Mahmudov da mənəvi və maddi dayağını itirdiyini bildirib. Onun sözlərinə görə, atası ona hər zaman arxasında olduğunu deyirdi. "Bəs indi mənim arxamda kim dayanacaq?".







31 yaşlı S.Mayılov Qubanın Alpan kəndində torpağa tapşırılıb. S.Mayılov isə 2004-cü ildən neftçi kimi fəaliyyət göstərib. Mərhumun 8 və 9 yaşlarında iki övladı var.

Tags:  10-cu platformada ölən iki neftçi dəfn edildi FOTO


RƏYLƏR


Top news