İntizam Komitəsi klubları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclas zamanı klubların cəzaları açıqlanıb:

- 2 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Xəzər Lənkəran” – “Kəpəz” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

- 2 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/8 mərhələsinin AZAL – “Zirə” matçının 60-cı dəqiqəsində AZAL klubunun 24 №-li futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

- 3 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Rəvan” – “Bakı” matçı başa çatdıqdan sonra “Bakı” klubunun rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur(maddə 42.4).

- 3 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Qəbələ” – “Mil-Muğan” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun 25 №-li futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).

- 6 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XV turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

- 7 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” – “Kəpəz” matçında “Sumqayıt” və “Kəpəz” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40). Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

- 7 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XV turunun “Rəvan” – AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR