İsrail şirkətinin yaratdığı qurğu “Wi-Fi” vasitəsilə istənilən smartfona müdaxiləyə imkan verir

İsrail şirkətinin yaratdığı qurğu “Wi-Fi” vasitəsilə istənilən smartfona müdaxiləyə imkan verir
14:48 8 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
İsrailin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Rayzone Group” texnologiya şirkətinin yaratdığı qurğu “Wi-Fi” vasitəsilə istənilən smartfona müdaxiləyə imkan verir.
AZƏRTAC “psm7.com” saytına istinadən xəbər verir ki, yığcam qurğu “Wi-Fi”ya qoşulu olduğu halda mobil telefon sahibinin fərdi məlumatlarını, onun kontakt, parol, hesab və unikal telefon nömrəsini ələ keçirir.
“InterApp” sistemi xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları üçün hazırlanıb, bu səbəbdən istehsalçılar qurğunun texniki xüsusiyyətləri haqda məlumat verməyiblər. Yalnız o məlumdur ki, həm “iOS”, həm də “Android” platforması ilə işləyən smartfonlara müdaxilə mümkündür. Bu qurğu eyni vaxtda yüzlərlə ticarət mərkəzi, aeroport və başqa ictimai yerlərdə olan insanlar barəsində məlumat toplaya bilər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Israil_sirketinin_yaratdigi_qurgu_Wi_Fi_vasitesile_istenilen_smartfona_mudaxileye_imkan_verir-909297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR