BMT-nın Azərbaycandakı rezident əlaqələndiricisi Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razıdır

BMT-nın Azərbaycandakı rezident əlaqələndiricisi Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razıdır
14:48 8 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC 
Dekabrın 8-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broeki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, DGK sədri Aydın Əliyev diplomatın respublikamızda səmərəli fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək işlərində uğurlar arzulayıb. 1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlayan komitə sədri bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.
Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birmənalı olaraq bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan gömrük xidmətinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirdiyi işlərin real nəticələrlə müşahidə olunduğunu məmnunluq hissi ilə dilə gətirib.
Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılıqla söhbət açıb. BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirən qonaq gələcək perspektivlər barədə də danışıb, layihənin növbəti mərhələsinin Azərbaycan-Gürcüstan sərhədində -“Sınıq Körpü” gömrük-sərhəd keçid məntəqəsində həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_Azerbaycandaki_rezident_elaqelendiricisi_Azerbaycanin_gomruk_orqanlarinin_inkisaf_tendensiyasindan_razidir-909298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR