Bizim kino günləri layihəsi yekunlaşıb

14:48 8 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

“Dərs” filmi “Milli kino sərvətimizdir” layihəsi çərçivəsində nümayiş etdirilib (10 Fevral 2017 14:57)


Bakı, 8 dekabr, Türkan Abdullayeva, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsinin dördüncü mərhələsi keçirilib. Layihənin final mərhələsi rejissor Elçin Musaoğlunun “Nabat” filminin kinoteatrlarda nümayişi ilə başa çatın.
AZƏRTAC xəbər verir ki, dekabrın 8-də Nizami Kino Mərkəzində reallaşan yekun tədbir “Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası” mövzusuna həsr olub. Kino ictimaiyyəti, media təmsilçiləri və filmin yaradıcı heyətinin iştirakı ilə keçirilən tədbirdə layihənin ənənəvi müzakirələrinin hədəfi “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlərin beynəlxalq təqdimatı, Qarabağ həqiqətlərinin kino dili ilə, sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında kinonun imkanları kimi əhəmiyyətli mövzular olub.
Qeyd edək ki, tədbirdə türk filmləri həftəsi çərçivəsində Bakıya gələn türkiyəli rejissorlar Osman Sınav və Öner Kılıç, ssenarist-yazar Kamuran Tümay Yıldız və digərləri iştirak edib.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək layihənin bir aya yaxındır davam etdiyini, paytaxtın kinoteatrlarında yerli filmlərin nümayiş olunduğunu söyləyib. Qeyd edib ki, audiovizual məkanda peşəkarlıq məsələsinə həsr olunan layihənin məqsədi peşəkar kino nümayəndələrini və onların çəkdikləri filmləri ictimaiyyətə tanıtmaqdır. Bu məsələdə media nümayəndələrinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan natiq bildirib ki, gərək media obyektiv təhlillərlə, qərəzsiz tənqidlərlə peşəkarları ictimaiyyətə tanıtsın və gündəmdə saxlasın.
Sovetlər Birliyi dövründən sonra Azərbaycanda kino sahəsində böhran yarandığını söyləyən M.Hətəmov deyib: “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiqləndikdən sonra bu proqramdan çıxış edərək çoxlu layihələr həyata keçirilib, gənc kinematoqrafçılar cəlb edilib. Məhz görülən işlərin nəticəsidir ki, “Nabat” filmi ilə ilk dəfə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bildik”.
“Azərbaycanfilm” kinostudiyasının fəaliyyəti barədə məlumat verən direktor bildirib ki, Rusiya kinematoqrafçıları ilə birgə istehsal edilən “Qırmızı bağ” filmi gələn ilin fevral ayında təqdim ediləcək. M.Hətəmov Türkiyə kinematoqrafçıları ilə müştərək layihələr həyata keçirmək niyyətində olduqlarını da vurğulayıb.
Həmçinin 2016-cı ildə beş yeni filmin çəkiləcəyini diqqətə çatdıran direktor, “Azərbaycanfilm” kinostudiyasında tariximizə aid böyük layihələrin müzakirəyə çıxarılacağını bildirib.
Sonra “Nabat” filmi nümayiş olunub. “Nabat” Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır. Müharibə haqqında danışılmasa da, tamaşaçı onu daxilən hər kadrda hiss edir. “Nabat” həm də sədaqətdən bəhs edir.
Nümayişdən sonra rejissor Elçin Musaoğlu bu mövzuda çoxdan film çəkmək istədiyini vurğulayaraq ekran əsərində əsas məqsədinin ana obrazını ön plana çəkmək olduğunu söyləyib. Filmdə Nabatın zahiri fəryadı əks olunmasa da, onun daxili fəryadı tamaşaçılara təsir edir.
Osman Sınav filmin çox şey dediyini bildirərək onun insanın ritmini dəyişdirdiyini, susdurduğunu söyləyib.
Daha sonra filmin yaradıcı heyəti və media nümayəndələri arasında müzakirə aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində “Audiovizual məkanda ailə-məişət problemləri”, ”Audiovizual məkanda uşaq mövzusu”, “Audiovizual məkanda vətənpərvərlik” mövzuları müzakirə olunub və “Axınla aşağı”, “Dərs”, “Yarımçıq xatirələr” filmlərinə baxış keçirilib. Həmçinin, bu filmlər şəhərimizin kinoteatrlarında mütəmadi nümayiş etdirilib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Monteneqro parlamenti NATO-ya üzvlüyə dair sazişi təsdiq edib

29 Aprel 2017 03:57

Bağdadda partlayış baş verib:

29 Aprel 2017 03:47

Qara şiferli ailə evi - FOTO

29 Aprel 2017 03:32

Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib

29 Aprel 2017 03:27

İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

29 Aprel 2017 03:23

FIFA prezidentinə qarşı araşdırma başladı

29 Aprel 2017 03:14

Cəmilənin göbəyiaçıq libası: "Əsəbiləşib belə geyindim" - FOTO

29 Aprel 2017 03:05

İranda Messinin oxşarı - FOTOLAR

29 Aprel 2017 02:44

PPX avtomobili qəzaya uğradı - 1 nəfər yaralandı

29 Aprel 2017 02:38

"Calzedonia"nın yeni kolleksiyası - FOTO

29 Aprel 2017 02:32

"Liverpul" müqavilə yenilədi -

29 Aprel 2017 02:25

Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 02:07

Bella qəribə libasda alt paltarını göstərdi - FOTO

29 Aprel 2017 02:05

"Quartz": Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

29 Aprel 2017 01:58

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29 Aprel 2017 01:57

Avtobus sürməyə icazəsi yoxdur -

29 Aprel 2017 01:53

Avstriya prezidenti ölkə qadınlarını islamofobiya ilə mübarizə naminə başlarını bağlamağa çağırıb

29 Aprel 2017 01:42

Ledi Qaqa yeni reklamda - FOTO

29 Aprel 2017 01:32

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:30

Əməkdar artist xəstəxanaya yerləşdirildi

29 Aprel 2017 01:19

Bakıda məhbus özünü asdı

29 Aprel 2017 01:14

Filippində güclü zəlzələ baş verib

29 Aprel 2017 01:13

Bağdadın mərkəzində partlayış - 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:09

Bağdadda güclü partlayış: 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:08

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:07

Filippində 7,2 bal gücündə zəlzələ

29 Aprel 2017 01:04

Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb

29 Aprel 2017 00:52

Xəzərdə zəlzələ oldu

29 Aprel 2017 00:49

"Azərsun" Bakı 2017-nin rəsmi dəstəkçisi oldu -

29 Aprel 2017 00:49

Çimərlikdə hər kəs bu rus gözələ baxdı - FOTO

29 Aprel 2017 00:47

Bu yay alt paltarları altda qalmayacaq - FOTOLAR

29 Aprel 2017 00:38

Bağdadda güclü partlayış baş verib

29 Aprel 2017 00:32

Goranboyda kafedə dava düşdü - yaralanan var

29 Aprel 2017 00:29

"Türkiyə ilə danışıqlar dayanmayıb" -

29 Aprel 2017 00:28

Dünyanın ən maraqlı və həyəcanlı dəmir yolları - VİDEO

29 Aprel 2017 00:23

Astroloji proqnoz - 29 aprel

29 Aprel 2017 00:08

"Qalatasaray" Brumanı saxlaya bilmir

29 Aprel 2017 00:05

Günün qoroskopu: işlərinizdə uğur vəd edən gündür

29 Aprel 2017 00:05

Raytorala görə 27 nömrəli formadan imtina etdi - FOTO

28 Aprel 2017 23:57

Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib

28 Aprel 2017 23:57

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı

28 Aprel 2017 23:56

Limon dənələrini atmayın, əkin - FOTO İZAH

28 Aprel 2017 23:52

Mineral suların faydası

28 Aprel 2017 23:47

"Liverpul" futbolçu ilə müqavilə yenilədi

28 Aprel 2017 23:47

Qohumlararası evliliklər gen xəstəliklərinin artmasına səbəb olur

28 Aprel 2017 23:42

Təzyiqi normallaşdırır, saç tökülmənin qarşısını alır...

28 Aprel 2017 23:42

Lö Pen Zidanın cavabını verdi:

28 Aprel 2017 23:40

49 yaşlı kişini ilan vurdu - Şəmkirdə

28 Aprel 2017 23:39

Kişilərin ən çox arzuladığı qadın çimərlikdə - FOTOLAR

28 Aprel 2017 23:38

"Bavariya" futbolçunun müqaviləsini yenilədi

28 Aprel 2017 23:37