Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sumqayıt şəhərindəki qazanxanalar mövsümə tam hazırdır

Tarix: 8 Dekabr 2015 14:48


Sumqayıt, 8 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Sumqayıt şəhərindəki qazanxanalar mövsümə tam hazırdır.
“Azəristiliktəchizat” ASC-nin “Sumqayıtistiliktəchizatı” İdarəsinin rəisi Avtandil Nuriyev AZƏRTAC–a bildirib ki, Sumqayıt şəhərində hazırda 23 qazanxana fəaliyyət göstərir. Şəhərin 1, 7, 8, 12, 18, 29–cu məhəllələrində və 3, 5, 12, 17, 18-ci mikrorayonlarında, H.Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan əhalinin istiliyə olan tələbatı yetərincə ödənilir. Həmçinin 32 orta məktəbdə, 16 uşaq bağçasında, 17 səhiyyə ocağında və 19 inzibati binada da istilik sistemi işə salınıb.
A.Nuriyev qeyd edib ki, 2015-ci ildə şəhərin 17-ci mikrorayonu bütövlükdə, 18-ci mikrorayonunun isə bir hissəsi istiliklə təmin olunub.
Yaxın gələcəkdə şəhərdə bütün binaların mərhələli şəkildə istiliklə təmin olunması nəzərdə tutulur. Bu işlərin 2018-ci ildə başa çatdırılması planlaşdırılır.

Teqlər:  Sumqayıt şəhərindəki qazanxanalar mövsümə tam hazırdır



RƏYLƏR


Top xəbərlər