“İnnovativ gənc fermerlər” layihəsi başa çatıb

“İnnovativ gənc fermerlər” layihəsi başa çatıb
14:53 8 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
“Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 7-ci qrant müsabiqəsi çərçivəsində “İnnovativ gənc fermerlər” adlı layihəsini uğurla başa çatdırıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, sonuncu təlim tələbə və gənclərin, o cümlədən gənc sahibkarların iştirakı ilə Lerik rayonunda keçirilib.
Təlimçi Mobil Pəncəliyev gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes etikası və mədəniyyəti, kənd və fermer təsərrüfatı ilə bağlı biznes plan, biznesin təsviri və təşkil edilməsi mövzusunda təqdimatla çıxış edib.
Layihə çərçivəsində Lənkəran, Masallı, Astara, Yardımlı və Lerik rayonlarında ekoloji cəhətdən təmiz, ətraf mühitin qayğısına qalan kənd təsərrüfatı sahibkarlığının - fermerliyin inkişafı məqsədi ilə gənclərin sahibkarlığa yönləndirilməsi üçün bölgələrdə gənc sahibkarlar və ya sahibkar olmaq istəyən gənclərə təlim və seminarlar keçirilib.
Layihənin əsas məqsədi gəncləri kənd təsərrüfatı sahibkarlığına cəlb etməklə iqtisadiyyatımızın inkişafına dəstək olmaq, həmçinin gənc sahibkarlığa iddialı şəxslərə innovativ düşünməni aşılamaq və “yaşıl” düşünməni təbliğ etməklə istehsal zamanı ətraf mühitin qorunmasına yardımçı olmaqdır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Innovativ_genc_fermerler_layihesi_basa_chatib-909300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR