Dünya Xәbәr Agentliklәrinin V Konqresinin tәşkilati mәsәlәlәri Londonda müzakirә olunub - FOTO

Dünya Xәbәr Agentliklәrinin V Konqresinin tәşkilati mәsәlәlәri Londonda müzakirә olunub - FOTO
14:57 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünya Xәbәr Agentliklәri Konqresi Şurasının (NACO) Londonda növbәti iclası keçirilib. İclasda gələn ilin noyabrında Bakıda keçirilәcәk Dünya Xәbәr Agentliklәrinin V Konqresinin tәşkilati mәsәlәlәri müzakirә olunub.

Milli.Az AZӘRTAC-a istinadən bildirir ki, iclasa Press Association (Böyük Britaniya), Associated Press (ABŞ), Reuters (Böyük Britaniya), TASS (Rusiya), KUNA (Küveyt), SPA (Sәudiyyә Әrәbistanı), EFE (İspaniya) agentliklәrinin rәhbәrlәri vә nümayәndәlәri, eyni zamanda, Asiya vә Sakit Okean Ölkәlәri Xәbәr Agentliklәri Təşkilatının (OANA) vә Әrәb Ölkәlәri Xәbәr Agentliklәri Federasiyasının (FANA) baş katiblәri iştirak ediblər. Tәdbirdә AZӘRTAC-ın baş direktoru Aslan Aslanovun mәruzәsi dinlәnilib.

V Konqresә hazırlıq mәqsәdi daşıyan iclasda Şura üzvlәri Konqresin strukturunu, mövzularını, işçi dillәrini tәsdiq ediblәr. Müasir medianın inkişafı ilә bağlı ekspertlәrin, sosial media vә informasiya texnologiyaları üzrә mütәxәssislәrin Bakıya dәvәt edilmәsi, Konqres iştirakçılarının siyahısı vә digәr mәsәlәlәr әtrafında geniş müzakirәlәr aparılıb. Hәmçinin iclasda V Konqresin vebsaytının istifadәyә verilmәsi vә bu tәdbir çәrçivәsindә AZӘRTAC-ın tәşәbbüsü ilә beynәlxalq fotomüsabiqә vә fotosәrginin tәşkili mәsәlәlәri nәzәrdәn keçirilib.

Dünya Xәbәr Agentliklәri Konqresi Şurasının növbәti iclası 2016-cı ilin mayında Bakıda keçirilәcәk.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/388651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR