Tranzit yükdaşımalarının maksimal həddi müəyyənləşdi

Tranzit yükdaşımalarının maksimal həddi müəyyənləşdi
15:03 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib. Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkənin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üçün daha əlverişli şəraitin yaradılması məqsədilə tranzit xidmətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Bildirilir ki, Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan Respublikası ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilib. Tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir (Cədvəl əlavə olunur).

Bununla belə, aidiyyəti xidmət göstərən subyektlər tərəfindən tariflərə 30 faizədək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası tərəfindən baxıla bilər.
Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmәtlәri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.

Yeni tariflər 3 dekabr 2015-ci il tarixdən qüvvədədir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2466846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR