Aydın Əliyev amerikalı nümayəndə ilə görüşüb

Aydın Əliyev amerikalı nümayəndə ilə görüşüb
15:04 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bernardus Broeki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, qonağı səmimiyyətlə salamlayan DGK sədri Aydın Əliyevdiplomatın respublikamızda səmərəli fəaliyyətini yüksək qiymətləndirmiş, ona gələcək işlərində uğurlar arzulayıb. 1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlayan Komitə sədri bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsindəgömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birmənalı olaraq bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan gömrük xidmətinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirdiyi işlərin real nəticələrlə müşahidə olunduğunu məmnunluq hissi ilə dilə gətiib.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Xoş sözlərə və səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkürünü bildirən Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bernardus Broek müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılıqla söhbət açıb. BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirən qonaq gələcək perspektivlər barədə də danışmış, layihənin növbəti mərhələsinin Azərbaycan-Gürcüstan sərhədində-“Sınıq Körpü” gömrük-sərhəd keçid məntəqəsində həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırmış, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR