İcra başçısı Tahir Kərimov güllü fotosundan DANIŞDI

İcra başçısı Tahir Kərimov güllü fotosundan DANIŞDI
15:04 8 Dekabr 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

"Burda böyüdüləsi bir şey yoxdur"

Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov dünən axşamdan etibarən sosial şəbəkələrdə yayılan və müxtəlif məzmunlu müzakirələrə səbəb olan fotosu barədə açıqlama verib.

 

Lent.az-a danışan icra başçısı deyib ki, bəzi insanlar bu fotodan sui-istifadə etməyə çalışır: "Məni istəyən-istəməyən, hamısı nəgəldi danışır. Həmin foto 2014-cü ilin may ayında çəkilib. Təhsil şöbəsinin hazırladığı kompozisiyadır və oradakılar da məktəbli uşaqlardır. Burda böyüdüləsi bir şey yoxdur".

 

Qeyd edək ki, məlum foto 2014-cü ilin may ayında Salyan rayonunun mərkəzində keçirilən Gül bayramı tədbirində çəkilib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR