"Onun dişlərini qarnına tökəcəm, sümüklərini qıracam"

"Onun dişlərini qarnına tökəcəm, sümüklərini qıracam"
15:05 8 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda karyerasında ilk məğlubiyyətini alan Ronda Rouzi özünə yer tapa bilmir. Məşhur MMA döyüşçüşü Holli Holmdan aldığı məğlubiyyəti hələ də həzm edə bilmir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sabiq UFC çempionu artıq sükutu pozub: "Mən mütləq qayıtmalıyam və o "cücə"nin boğazını üzməliyəm. Bilmirəm, onun dişlərini qarnına tökəcəm, yoxsa sümüklərini qıracam, amma bunu mütləq etməliyəm. 5-6 aydan sonra mən bu "alma"nı yeyəcəm".

Xatırladaq ki, bir neçə gün əvvəl qadınlar arasında yüngül çəkidə Rouzini ağır nokautla məğlub edən Holm UFC çempionu olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR