Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda xəstə aparan sürücü qəza törətdi (VİDEO)

Bakıda xəstə aparan sürücü qəza törətdi (VİDEO)

Date: 8 December 2015 15:06

Bakının Binəqədi rayonunda avtomobilində xəstə aparan sürücü qəza törətdi.

ANS TV-nin məlumatına görə, hadisə Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Qəza zamanı “Hyundai” və “Opel” markalı avtomobillər toqquşub.

İlkin xəbərə görə, avtoqəzaya “Hyundai” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması səbəb olub. O, Azadlıq prospekti ilə hərəkətdə olarkən işıqforun qırmızı ışığına məhəl qoymayıb və onun avtomobili Cəfər Xəndan küçəsi ilə hərəkət edən “Opel”ə çırpılıb.

Nəticədə “Opel”in sürücüsü Feruz Gülməmmədov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Bildirilir ki, “Hyundai” markalı avtomobilin sürücüsünün tələsərək qırmızı işıqda yolu keçməsi də əbəs deyil. Çünki, sürücü həmin vaxt xəstəni xəstəxanaya çatdırmağa çalışıb.

Hadisənin təfərrüatları araşdırılır.



Hadisə yerindən


Tags:  Bakıda xəstə aparan sürücü qəza törətdi VİDEO


RƏYLƏR


Top news