Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Rusiyanın sualtı qayığı Suriya sahillərinin yaxınlığına çatıb

​Rusiyanın sualtı qayığı Suriya sahillərinin yaxınlığına çatıb

Date: 8 December 2015 15:07

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiya Qara dəniz Donanmasının "Rostov-na Don" adlı sualtı qayığı Aralıq dənizinin şərq hissəsinə, Suriya sahillərinin yaxınlığına çatıb.
"Report" xəbər verir ki, bu haqda "İntefax" məlumat yayıb.
Məlumata görə, sualtı qayıqda Xəzərdən Suriya ərazisindəki terrorçu İŞİD qruplaşmasının mövqelərini məhv etmək məqsədi ilə atılan "Kalibr-PL" tipli qanadlı raketinə oxşar silahlar var.
Xəbərdə sualtı qayığın konkret yeri haqda məlumat verilməyib.
Bu, dünyada ən sakit üzən qayıq sayılır. "Rostov-na-Don" 300 metr dərinliyədək enə bilir. Qayıqda 52 nəfərlik ekipaj üzv xidmət edir. 

Tags:  Rusiyanın sualtı qayığı Suriya sahillərinin yaxınlığına çatıb

RƏYLƏR


Top news