Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfv Komissiyası toplanır – Əfv gözlənilirmi?

Əfv Komissiyası toplanır – Əfv gözlənilirmi?

Date: 8 December 2015 15:08

Bakı. Elmir Murad - Trend:

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

Bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev Trend-ə açıqlamasında bildirib. A.Quliyev qeyd edib ki, hazırda komissiya üzvləri tərəfindən quruma daxil olan müraciətlərə baxılır: "Müraciətlərin araşdırılmasının nəticəsində hazırlanacaq siyahı Prezidentə təqdim ediləcək".

Komissiya üzvü qeyd edib ki, əfvlə bağlı bütün səlahiyyətlər Prezidentə məxsusdur: “Maksimum dərəcədə çalışırıq ki, bu müddət ərzində daxil olan bütün ərizələrə baxaq. Kimlərin siyahıya düşəcəyi isə birbaşa Prezidentin səlahiyyətinə daxildir”.

Əfv fərmanının imzalanacağı tarixə gəldikdə isə, millət vəkili bunun yeni il ərəfəsində ola biləcəyini istisna etməyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Əfv Komissiyası toplanır Əfv gözlənilirmi

RƏYLƏR


Top news