Ağstafa, 8 dekabr, AZƏRTAC
Ağstafalı sahibkarlar 369 hektar üzüm bağında bol məhsul yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, artıq plantasiyalarda üzüm yığımı başa çatıb. Sahibkarlar bağlardan 7 min 301 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 136 ton çoxdur.