Avropadan Azərbaycana başsağlığı

Avropadan Azərbaycana başsağlığı
15:21 8 Dekabr 2015
33 Şou
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini dekabrın 4-də “Günəşli” yatağında baş verən qəza ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
 
Axşam.az-ın APA-ya istinadən məlumatıan görə, məktubda o, ciddi xəsarətlər və həyat itkisi ilə nəticələnən hadisədən dəhşətə gəldiyini ifadə edib.
 
F. Mogerini Aİ adından faciə qurbanlarının ailələrinə və dostlarına səmimi başsağlığı verib, itkin düşmüş şəxslərin taleyi ilə bağlı narahatlığını ifadə edib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR