Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda insanlar açıq-aşkar qumara dəvət olunur - FOTO

Bakıda insanlar açıq-aşkar qumara dəvət olunur - FOTO

Date: 8 December 2015 15:22

Bakıda qumarxana reklam olunur.

Oxucular criminal.az-a bildirib ki, insanlar metronun "Elmlər Akademiyası" stansiyasının yeni çıxışında "Vegas klub" adı ilə fəaliyyət göstərən qumarxanaya dəvət olunur.

Şirnikləndirici pul uduşları göstərilən elanlar maşınların ön şüşəsinə yapışdırılır.

Criminal.az-ın əməkdaşı elanda göstərilən mobil nömrə ilə əlaqə saxlayıb. Qumarxana əməkdaşı bildirib ki, loto qumar deyil, qanuni şəkildə fəaliyyət göstərir.

Ərazi üzrə Yasamal rayon Polis İdarəsinin 28-ci bölməsindən bildirildi ki, yerində araşdırma aparılacaq. Qumarxana olması sübuta yetirilərsə, tədbir görüləcək.

Milli.Az



Tags:  Bakıda insanlar açıq-aşkar qumara dəvət olunur FOTO


RƏYLƏR


Top news