Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni hüquq verilir

Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni hüquq verilir
15:22 8 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) komitə sədrlərinə parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi təklif edilir. "Report"un xəbərinə görə, bu məsələ MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin Daxili Nizamnamnaməsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.
Hazırki nizamnaməyə əsasən, Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.
İclasda, həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququnun verilməsi də təklif edilib.
Dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.   

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/milli-meclisin-komite-sedrlerine-ve-deputatlarina-yeni-huquq-verilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR