Aİ-nin ali nümayəndəsi Azərbaycan Prezidentinə məktub göndərib

Aİ-nin ali nümayəndəsi Azərbaycan Prezidentinə məktub göndərib
15:22 8 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
"Report" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda F.Mogerini baş verənlərlə bağlı başsağlığı verib: "Mogerini Aİ adından qəzada həyatını itirənlərin ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verib, itkin düşənlərin taleyinə görə narahatlığını bildirib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ai-nin-ali-numayendesi-azerbaycan-prezidentine-mektub-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR