Vatikanda “Mərhəmət Yubileyi”nin açılışı olub

Vatikanda “Mərhəmət Yubileyi”nin açılışı olub
15:23 8 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Vatikan, 8 dekabr, AZƏRTAC
Roma Papası Fransiskin elan etdiyi “Mərhəmət Yubileyi” çərçivəsində ilk tədbir Müqəddəs Pyotr bazilikasında keçirilib. Roma Papası “Müqəddəs Qapı”nı açaraq Müqəddəs Pyotr meydanına toplaşan 50 min insanı Allahın mərhəmət işığında addımlamağa çağırıb.
Tədbirdə İtaliyanın Prezidenti Sercio Matarella, Baş nazir Matteo Renzi, bu ölkənin dövlət və hökumət rəsmiləri də iştirak ediblər. Mərasimə qatılmaq üçün Romaya axışan insanlar dekabrın 7-də axşam saatlarından etibarən meydanda toplaşmağa başlayıblar.
Tədbirdə kilsənin universallığını nümayiş etdirmək üçün çıxışların bir neçə dildə - italyan, ispan, ingilis, çin, ərəb, fransız və digər dillərdə olması nəzərdə tutulub. Mərasimin təşkil edildiyi Müqəddəs Pyotr meydanında və bazilikada yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.
Qeyd edək ki, tarixdə 27-ci müqəddəs il olan “Mərhəmət Yubileyi” cari il martın 13-də Roma Papası Fransisk tərəfindən elan olunub. Yubiley çərçivəsində ikinci “Müqəddəs Qapı”nın açılışı Müqəddəs Con Lateran kilsəsində təşkil ediləcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vatikanda_Merhemet_Yubileyinin_achilisi_olub-909316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR