İsmət Qayıbov adına stadion sökülür

İsmət Qayıbov adına stadion sökülür
15:42 8 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda söküntü işlərinə başlanılıb. 


Fanat.az apasport.az-a istinadən xəbər verir ki, söküntü işi “Neftçi” klubunun istəyi ilə həyata keçirilir.


Belə ki, orda baza tikməyi qərarlaşdıran “ağ-qaralar” bu yöndə fəaliyyətə başlayıblar. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov bildirib ki, söküntü işi tam bitdikdən sonra rəhbərlik əraziyə baxış keçirəcək: “Bəli, İsmət Qayıbov adına stadionda hazırda iş gedir. Söküntü işi klubumuzun istəyi ilə başlanılıb.

Biz əvvəldən də demişdik ki, orda baza tikiləcək. Söküntü işi də məhz bununla əlaqədardır. Bu proses başa çatdıqdan sonra əraziyə baxılacaq. Ondan sonra isə layihəyə əsasən, bazanın tikintisinə başlanılacaq. Tikinti işlərinin konkret nə vaxt başlanılacağı ilə bağlı hələlik heç nə deyə bilmərəm”.


Qeyd edək ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu “Neftçi”yə məxsusdur. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-smt-qaybov-adna-stadion-sokulur-t46006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR