Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranlar cəzalandırılacaq

15:42 8 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Təklif olunan layihəyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafeələrinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə olunacaq.
Eyni zamanda, xətaların il ərzində inzibati tənhbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min , hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.
Dəyişiklik layihəsi müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/xezerin-azerbaycan-sahilinde-gedis-gelisi-mehdudlasdiranlar-cezalandirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR