Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanda referendumun nəticələri yenidən hesablanacaq

Ermənistanda referendumun nəticələri yenidən hesablanacaq

Date: 8 December 2015 15:42

Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı ölkə ərazisində keçirilmiş referendum üzrə 78 seçki məntəqəsində qeydə alınan səslər yenidən hesablanacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat verib.
Mətbuat xidmətinin məlumatına görə, 78 seçki məntəqəsində səslərin yenidən hesablanması ilə bağlı tələb 11 ərazi seçki komissiyasından gəlib. Daha üç ərazi seçki komissiyası da səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı müraciət alıb.
Qeyd edək ki, Ermənistanda prezident idarəetmə sisteminin parlament idarəetmə sisteminə keçirilməsi ilə bağlı referendum bazar günü keçirilib. Ölkə MSK-sının məlumatlarına görə, seçicilərin 63,35 faizi, başqa sözlə, 825 mindən çox vətəndaş dəyişikliyin lehinə səs verib. "Əleyhinə" deyənlər 32,35% və ya 421 mindən çox seçici olub. MSK-nın açıqladığı rəqəmlərə görə, referendumda təxminən 1,3 milyon nəfər iştirak edib ki, bu da seçici fəallığının 50,51% olması anlamına gəlir.
Müxalifət referendumun gedişində kütləvi pozuntular olduğunu iddia edir.

Tags:  Ermənistanda referendumun nəticələri yenidən hesablanacaq

RƏYLƏR


Top news