Manqıstau “Günəşli” neft yatağındakı platformada itkin düşənlərin axtarışına hazırdır

Manqıstau “Günəşli” neft yatağındakı platformada itkin düşənlərin axtarışına hazırdır
15:43 8 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Qazaxıstanın Manqıstau vilayəti “Günəşli” neft yatağındakı platformada itkin düşən neftçilərin axtarışına hazırdır.
AZƏRTAC KAZİNFORM-a istinadla xəbər verir ki, Manqıstau vilayətinin akimi Alik Aydarbayevin tapşırığı əsasında vilayətin səlahiyyətli dövlət orqanları nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı platformada baş vermiş yanğınla əlaqədar müşavirə keçirilib.
Yerli dövlət orqanları lazımi kömək göstərmək üçün Azərbaycan tərəfi ilə əlaqə yaradıblar.
Manqıstau vilayəti akiminin müavini Anuar Çujequlov deyib: “Azərbaycanlı həmkarlardan müraciət edildiyi halda Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Xəzər dənizində yerləşən hərbi gəmiləri itmiş insanların axtarışında kömək göstərməyə hazırdır”.
Manqistau vilayətinin fövqəladə hallar departamentinin qüvvələri, Aktau Beynəlxalq Dəniz Ticarət Limanının qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Manqistau_Gunesli_neft_yatagindaki_platformada_itkin_dusenlerin_axtarisina_hazirdir-909325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR