Türkan Şoray sabah Bakıya gəlir

Türkan Şoray sabah Bakıya gəlir
15:49 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Türk kinosunun sultanı" Türkan Şoray sabah Azərbaycana gəlir. Lent.az-ın məlumatına görə, Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Bakıya gələn məşhur aktrisa "Nizami" kinoteatrında “Uzaqlarda arama” filminin qala-gecəsinə qatılacaq. Filmin rejissorluğunu T. Şoray edib. Ssenari müəllifliyi Onur Ünlüyə aid olan film dramatik komediya janrında lentə alınıb. Rəsmi qərarla şəhər mərkəzindən qəsəbəyə köçürülən pavilyon qəsəbə sakinləri arasında təşvişə səbəb olur.  Ərlərinin pavilyona ayaq açmasından narahat olan qadınlar orada çalışan qadınlarla mücadiləyə başlayırlar. Amma qəsəbə kişilərinin əhvalı çox yerindədir...Heç kim hələlik  bilmir ki, bütün  bu həngamənin içində sonradan hamının şahid olacağı böyük eşq yaşanacaq...

          

Dekabrın 10-da isə T. Şoray Bakı Dövlət Universitetinin tələbələri ilə görüşəcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR