Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi veriləcək

Date: 8 December 2015 15:52

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan dəyişiklik layihəsinə əsasən, 15 yaşı tamam olmayan Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq edilməsinə görə təklif olunub.
Müzakirələr zamanı məlumat verilib ki, 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.
5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlı olacaq.
Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tags:  Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi veriləcək

RƏYLƏR


Top news