İran Serbiya ilə 3 sənəd imzalayıb

İran Serbiya ilə 3 sənəd imzalayıb
15:53 8 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

İran və Serbiya arasında birgə əməkdaşlıq üzrə iclas keçirilib.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, iclasda İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə iki ölkə arasında bəzi məhsulların azad ticarət qaydaları əsasında mübadiləsini təklif edib.

M.Nemətzadə deyib ki, İran digər ölkələrlə uzunmüddətli və strateji əməkdaşlığı və investisiya yatırılmasını planlaşdırır: “Uzunmüddətli əməkdaşlıq çərçivəsində yalnız alış-veriş etmək niyyətində deyilik. Serbiya Türkiyə ilə imzaladığı azad ticarət müqaviləsini bizimlə də imzalaya bilər. Biz Serbiya ilə bəzi məhsulların azad ticarət müqaviləsi əsasında mübadiləsində maraqlıyıq”.

Onun sözlərinə görə, İran və Serbiya hökumətləri iki ölkə arasında ticarətin inkişafı qarşısında olan maneələri aradan qaldırmalıdır.

M.Nemətzadə qeyd edib ki, İranın qonşu ölkələrində yaşayan əhalinin sayı 400 milyon nəfərdir: “İran dəniz və quru yolla 14 ölkə ilə qonşudur. İran təhlükəsizlik baxımından sabit ölkədir və çox böyük təbii resurslara malikdir. Bu baxımdan Avropa şirkətləri İranı regionda öz fəaliyyət mərkəzlərinə çevirə bilərlər”.

İranlı nazir ölkəsinin neft, qaz, polad sənayesi, kənd təsərrüfatı, sənət və neft-kimya sahəsindəki potensialına da toxunub və Serbiya ilə bu sahələrdə əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, İran və Serbiya bu gün əməkdaşlıq haqqında üç anlaşma memorandumu imzalayıblar. Bu memorandumlar üçüncü bazarlarda iqtisadi əməkdaşlığın artırılması, özəl və dövlət sektorlarının maliyyə təmini, bank, elm, texnologiya, yol və nəqliyyat, dəmir yolu, hava nəqliyyatı, kənd təsərrüfatı, ticarət, turizm, mədən və energetika sahələrində əməkdaşlığı nəzərdə tutur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2466835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR