Bərdədə aşkarlanan 20 ton yararsız ət məhv edildi

Bərdədə aşkarlanan 20 ton yararsız ət məhv edildi
15:56 8 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonu ərazisində dövlət baytarlıq nəzarəti xidməti əmakdaşlarının keçirdiyi reyd nəticəsində 20 ton yararsız ət aşkarlanıb.

ANS PRESS-in xəbərinə görə, Bərdə rayon sakini Seyfəddin Novruzovun həyətyanı sahəsindəki soyuducuda aşkarlanan ətin məhv edilməsi üçün xidmətin əməkdaşları həmin ünvana gəlib. Ev sahibi isə ətin yararsız olmadığını və qanuni olduğunu özünəməxsus şəkildə izah etməyə çalışıb.


Aşkarlanan yararsız ət

"İki il bundan qabaq o əti bir dəfə çəkiblər. Yararsızını apardılar məhv elədilər. Yararlı ətimi saxladım. Qalanını da yavaş-yavaş verirəm zooparka. Hər ay üç ton ət verirəm"- deyə ətin sahibi Seyfəddin Novruzov bildirib.


Seyfəddin Novruzov- yararsız ət satışı ilə məşğul olan

Dövlət baytarlıq xidmətnin əməkdaşları isə ANS PRESS-ə bildiriblər ki, aşkarlanmış ət laboratoriyada yoxlamadan keçirilib. Ətin tərkibində bir sıra zərərli bakteriyaların olduğu aşkar edilib ki, bu da ciddi xəstəliklərə yol aça bilər. "Həm insan, həm də heyvan qidası üçün yararsızdır. Ona görə də Respublika Baytarlıq Xidməti tərəfindən həmin cəmdəklər qanunvericiliyə uyğun olaraq xüsusi ayrılmış yerə aparılır ki, orda zərərsizləşdirilsin"-deyə Baytarlıq Müfəttişli Sektorunun Baş məsləhətçisi Mustafa Allahverənov bildirib.


Yararsız ət məhv edilmək üçün paliqona daşınır

Baytarlıq xidmətindən onu da bildirdilər ki, yararsız ət yandırılma üsuli ilə məhv ediləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR