Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağsuda məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Ağsuda məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Date: 8 December 2015 15:58


Ağsu, 8 dekabr, AZƏRTAC 
Ağsu rayon Uşaq-Gənclər Şahmat Məktəbində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda iki yaş qrupu üzrə 44 şahmatçı iştirak edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada hər iki qrup üzrə I, II, III yerləri tutan şahmatçılara qiymətli hədiyyələr verilib.


Tags:  Ağsuda məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib


RƏYLƏR


Top news