ADİU-nun əcnəbi tələbələri: “Mən Azərbaycanı tanıyıram”

ADİU-nun əcnəbi tələbələri: “Mən Azərbaycanı tanıyıram”
15:58 8 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) əcnəbi tələbələri arasında “Mən Azərbaycanı tanıyıram” adlı intellektual yarışın daxili seçim turu olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, yarışma Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilib.
Yarışmanın sualları ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası və adət-ənənələri mövzusunda olub.
Əcnəbi tələbələr respublikamız haqqında ətraflı məlumat verib, Azərbaycan dili biliklərini nümayış etdiriblər. Həmçinin ölkəmizin adət-ənənələri, milli bayramları, milli dəyərləri barədə suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_nun_ecnebi_telebeleri_Men_Azerbaycani_taniyiram-909333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR