Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Miqrasiya Məcəlləsində vergi borcu olanlarla bağlı dəyişiklik

Miqrasiya Məcəlləsində vergi borcu olanlarla bağlı dəyişiklik

Date: 8 December 2015 15:59

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilib. Lent.az-ın məlumatına görə, dəyişiklik vergi öhdəliyi olanların miqrasiyası ilə bağlıdır.

 

Dəyişikliklər bunlardır:

 

 2. Aşağıdakı məzmunda 9.3.6-1-ci maddə əlavə edilsin:

 

“9.3.6-1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;”.

 

3. 17.1.6-cı maddədə “məhkəmə qərarı” sözləri “məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları” sözləri ilə əvəz edilsin.

 

4. Aşağıdakı məzmunda 17.1.6-1-ci maddə əlavə edilsin:

 

“17.1.6-1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;”.

 


Tags:  Miqrasiya Məcəlləsində vergi borcu olanlarla bağlı dəyişiklik

RƏYLƏR


Top news