Davudoğlu: Əliyev dosta-düşmənə harada olduqlarını göstərdi

Davudoğlu: Əliyev dosta-düşmənə harada olduqlarını göstərdi
16:06 8 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

"İlham Əliyev "hər nə olursa olsun Türkiyənin yanındayıq" deyərək dosta, düşmənə harada olduqlarını göstərdi". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu partiyasının - AKP-nin qrup toplantısında deyib.

O, iclas zalından Azərbaycan prezidenti İlham Əliyevə salamlarını göndərib. Baş nazir ikiölkənin ortaq layihə və təşəbbüslərinin region ölkələrinə xidmət edəcyini deyib.

"Biz Avropa xalqıyıq. Biz olmadan Azvropanın tarixi, gələcəyi də yazıla bilməz. Biz Asiya xalqıyıq. Biz olmasaq Asiyanın da tarixi. gələcəyi yazıla bilməz".

Davudoğlu toplantıda Rusiya ilə gərginləşən münasibətlərə də toxunub. O, deyib ki, Türkiyənin hava. dəniz sərhəddini qorumaq haqqı var. "Biz Suriya torpaqlarına müdaxilə etmədik. Milləti bilinməyən bir təyyarə hava məkanımızı pozdu. Hər hansı bir ölkəni hədəfə almamışıq, sadəcə müdafiə vəzifəmizi yerinə yetirdik.
Rusiya rəhbərliyi gözlədiyimiz reaksiyanı göstərmədi. Aöır ittihamlara məruz qalırıq. Bu hadisə Rusiya-Türkiyə arasında, Rusiya-Suriya arasında arasında yaşanmadı. Bu hadisə Türkiyə-Suriya arasında baş verib.
Türkmən dağında hələdə soydaşlarımız qətlə yetirilir. Buna səsizz baxa bilmərik".

Davudoğlu Rusiya ilə hər cür müzakirələrə hazır olduqlarını bir daha dilə gətirib. O, deyib ki, Türkiyə Rusiyanın sanksiyaları ilə çətinə düşəcək bir ölkə deyil və akternativ planlar hazırlanır.

Türkiyənin baş naziri İraqa hərbi qüvvə yeritməsindən sonra İranla münasibətlərdən də danışıb. O, deyib ki, Türkiyəni İranı çətin zamanlarlda yanlız qoymayıb. "Bütün riskləri gözə alaraq embarqoların aradanq aldırılması üçün səs verdik. Əgər İran belə münasibətinə davam edərsə Türkiyə-İran münasibətlərinə böyük ziyan dəyər".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR