"Mançester Yunayted" Çempionlar Liqası ilə vidalaşdı (Video icmal)

Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun startı verilib.

A, B, C və D qruplarında növbəti görüşlər keçirilib. Günün mərkəzi matçı "Volfsburq""Mançester Yunayted" arasında oynanılıb. 10-cı dəqiqədə Marsiyal hesabı açıb. Ancaq çox keçədən Naldo status-kvonu bərpa edib. Birinci hissənin sonuna kimi Vieyrinya "Volfsburq"u önə keçirib. Matçın sonuncu dəqiqələri daha da böyük həyəcana səbəb olub. Əvvəlcə Qilavoqinin avtoqolu sayəsində "Mançester Yunayted" ümidlənib. Amma qoldan cəmi iki dəqiqə sonra Naldo yenidən səhnəyə çıxıb. "Volfsburq" 3:2 hesabı ilə qələbə qazanaraq qrup lideri kimi pley-offa vəsiqə qazanıb. 8 xalla qrup üçüncüsü olan "Mançester Yunayted" isə Çempionlar Liqası ilə vidalaşıb.

Çempionlar Liqası

Qrup mərhələsi, 6-cı tur

B qrupu

8 dekabr

"Volfsburq" - "Mançester Yunayted" - 3:2

Qollar: Naldo, 13; 84, Vieyrinya, 29 - Marsiyal, 10, Qilavoqi, 82 (öz qapısına)

Oyunun video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR