Əmək müqaviləsi üzrə elektron sistemdən 1 milyon 829 min dəfə istifadə olunub

Əmək müqaviləsi üzrə elektron sistemdən 1 milyon 829 min dəfə istifadə olunub
16:14 8 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

Cari ilin noyabr ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ümumilikdə 153 163 dəfə istifadə edib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 120 220-si “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə, 32 943-ü isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub.

Ötən ilin iyul ayından əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən əhaliyə təqdim olunan hər iki xidmət vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadırlar.

Bildirək ki, qanunvericiliyə əsasən, işəgötürənlər və işçilər arasında bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi bu barədə müvafiq bildiriş forması əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilməlidir. İşəgötürənlər tərəfindən bu prosedur “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə həyata keçirilir. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti isə işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir.

Qeyd edək ki, cari ilin 11 ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yalnız bu iki e-xidmətindən 1 828 890 dəfə yararlanıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR