Bulent Ersoy ərə gedir (FOTO)

Bulent Ersoy ərə gedir (FOTO)
16:16 8 Dekabr 2015
134 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi Bülent Ersoyun yenidən ərə gedəcəyi iddia olunur.

ANS PRESS-in məlumatına görə, "Söyləməzsəm Olmaz" verilişində Oya Aydoğan yaxın rəfiqəsi Bülənt Ərsoy haqqında canlı yayımda məlumat verərək hamını təəccübləndirib.

“Bülənt çox yaraşıqlı bir gənc oğlanla münasibətdədir və qısa zamanda evlənəcəklərini dəqiq bilirəm. Büləntin bu ərəfələrdə ağlında bir gəlinlik var və onu gəlinlik salonlarında axtarır”.

Oya Aydoğan ifaçının İzmirdəki bir neçə il davam edən münasibətini sona verdiyini də deyib:

“Mən çox detalları bilmirəm, amma İzmirdəki bir neçə il davam edən münasibətləri bitib. Keçmiş qayınanası ilə görüşürlər, onlar yaxşı dostdurlar” Aydoğan əlavə edib.

İfaçı 2 dəfə evli olub. İlk dəfə 1998-ci ildə 20 yaşlı Cem Adler ilə evlənib.

2007-ci ildə Armağan Uzun ilə evlənib 4 aydan sonra ayrılıblar. Ərsoy, son olaraq özündən 38 yaş kiçik sevgilisi Berk Yılmaz ilə eşq yaşayıb.


Bülent Ərsoy və Cem Adler

Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafələrində çıxmağa başlayıb.


Bülent Ərsoy və Armağan Uzun

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişmə əməliyyatı ilə qadın olan bu müğənni indi də məhşur ifaçılar siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəyib. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur.


Bülent Ərsoy və Berk Yılmaz

Vaxtı ilə kişi olduğunu unutmaq istəyən Bülənt Ərsoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında dəyişikliklər etdirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR