Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Vay o müğənnilərin halına ki..." - FOTO

"Vay o müğənnilərin halına ki..." - FOTO

Date: 8 December 2015 16:17

Uzun müddətdir gündəmdən uzaqlaşan müğənni Sevinc Musayeva tədbirlərin birində fotokameraya tuş gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi geri çəkilməyinin səbəbini açıqlayıb:

"Efirlərdə az-az görünmək mənim imicimdir. Buna görə də mən fərqlənirəm. Uzun müddətdir ki, Bakıda deyildim, rayonlarda idim. Yaxşıca dincəldim, gəzdim. Başqaları kimi hara getdim, tez foto paylaşıb özümü reklam etmirəm. Mən 5 il də efirə çıxmasam, tamaşaçı məni unutmayacaq. Vay o müğənnilərin halına ki, pul ödəyib efirə çıxır. Pulu qurtaranda unudulur. Bilmirlər necə gündəmə gəlsinlər: evlənir, boşanır, saç formasın dəyişirlər. Mən insanları bu cür yalançı addımlarla yormaq istəmirəm".

S.Musayeva hər zaman tamaşaçı ilə səmimi olduğunu deyib:

"Efirə çıxıb necə gəldi danışıb, özümü yalan formada qələmə vermək mənlik deyil. Avtomobilim kreditdir. 3 ildir ödəyirəm. Bunları niyə yalandan şişirdim ki".

Milli.Az








Tags:  müğənnilərin halına FOTO


RƏYLƏR


Top news