Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli"dəki yanğının söndürülməsi üçün xarici mütəxəssislər cəlb edilib

"Günəşli"dəki yanğının söndürülməsi üçün xarici mütəxəssislər cəlb edilib

Date: 8 December 2015 16:23

Bakı. İlhamə İsabalayeva - Trend:

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğının aradan qaldırılması üçün xarici mütəxəssislər cəlb edilib. Onlar artıq 10-cu özüldə, platformanın üzərindədirlər.

Trend-in məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğın hadisəsi ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O, qeyd edib ki, yanğının söndürülməsi üçün işlər davam etdirilir: "Xarici mütəxəssislər özülün sahəsinə qalxıblar, onlar vəziyyəti görüb qərar verməlidirlər".

B.Ağarəhimov əlavə edib ki, bu gün səhərdən indiyədək aparılan axtarışlar zamanı yanğın nəticəsində itkin düşən neftçilərdən heç birinin cəsədi aşkarlanmayıb: "Yanğın isə ilk gündəkinə nisbətən xeyli zəifləyib".

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Günəşlidəki yanğının söndürülməsi xarici mütəxəssislər cəlb edilib

RƏYLƏR


Top news