Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Muzeyə Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib

Muzeyə Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib

Naxçıvan Muxtar Respublikasının büdcəsi təsdiqlənib (24 Fevral 2017 03:32)
Naxçıvan MR-in Konstitusiyasında dəyişikliklər ediləcək (21 Fevral 2017 09:13)
Naxçıvan Dövlət Arxiv İdarəsinə yeni rəis təyin edilib (21 Fevral 2017 08:47)

Tarix: 8 Dekabr 2015 16:23


Bakı, 8 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, mulyaj Rusiyanın Sankt-Peterburq şəhərindəki Artilleriya, Raket qoşunları və Rabitə qoşunları Hərbi-Tarixi Muzeyində qorunan Naxçıvan xanlığının dövlət bayrağının tam oxşarı olaraq düzəldilib.
Xatırladaq ki, Rusiya muzeylərində Naxçıvan xanlığına aid bayraqları ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov aşkara çıxarıb.
 

Teqlər:  Muzeyə Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib



RƏYLƏR


Top xəbərlər